Masallıda mal-qara oğurlayan şəxs həbs edildi – FOTO

Masallıda mal-qara oğurlayan şəxs həbs edildi – FOTO

Hazırda oxunan: Masallıda mal-qara oğurlayan şəxs həbs edildi – FOTO

216778

Masallı rayonunda mal-qara oğurlamaqda təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Vaqif Məlikov saxlanılıb.

"Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib. V.Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO