Ehtiyata buraxılanların hərbi toplanışa çağırılması ilə bağlı YENİLİK

Ehtiyata buraxılanların hərbi toplanışa çağırılması ilə bağlı YENİLİK

Hazırda oxunan: Ehtiyata buraxılanların hərbi toplanışa çağırılması ilə bağlı YENİLİK

216663

Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

Bizim.Media xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
 

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti də müəyyən edilir. Bundan başqa, toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.


Bu müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsində nəzərdə tutulduğu üçün Əsasnaməyə də bu dəyişikliyin edilməsi təklif olunur. Layihədə habelə mövcud normaların təkmilləşdirməsi ilə bağlı və dəqiqləşdirmə xarakterli digər dəyişikliklər də yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO