Gəncədə yaşayış binasında PARTLAYIŞ – Ölənlər var – FOTO/VİDEO

Gəncədə yaşayış binasında PARTLAYIŞ – Ölənlər var – FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə yaşayış binasında PARTLAYIŞ – Ölənlər var – FOTO/VİDEO

216612

Gəncədə ölümlə nəticələnən partlayış baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsax Cəfərov küçəsində yerləşən 13 saylı binada qeydə alınıb.
 

İlkin versiyaya görə binanın 3-cü mərtəbəsində partlayış baş verib. Nəticədə 2-ci və 4-cü mərtəbənin mənzillərində də dağıntılar var.


Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi, Təcili Tibbi Yardım Briqadaları, hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Hələlik hadisə baş verən binadan 2 nəfərin meyiti çıxarılıb.

Daha 3 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO