Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi – FOTO

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi – FOTO

Hazırda oxunan: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi – FOTO

216535

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Uşaqlara Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, bundan əvvəlki altı qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO