“Vətəndaşlar “E-tabib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı, həmçinin xəstənin vəziyyətini, ərazini və sairə məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya video görüntülü mesajlar göndərə biləcəklər.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov qurumun bu gün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, vətəndaşlarla daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır:
"Xəstələrlə bağlı ümumi məlumatların, eyni zamanda xəstəlik tarixçələrinin həmin an əlçatan olması üçün əlaqəli elektron sistemlərlə inteqrasiyaların həyata keçirilməsi də nəzərdə tutulub. Planlaşdırılan yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı imkanların yaradılması da var. Nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya zamanı atılan addımlarla bağlı da elektron imkanlar yaradılacaq. Həm 103 Çağrı Mərkəzi, həm də çağırış briqadaları üçün tibb müəssisələrində çarpayı fonduna dair məlumatlara əlçatanlıq avtomatik şəkildə təmin olunacaq”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 17.10.2024
Təcili yardıma görüntülü və səsli mesajlar göndərmək mümkün olacaq
Hazırda oxunan: Təcili yardıma görüntülü və səsli mesajlar göndərmək mümkün olacaq
Hazırda oxunan: Təcili yardıma görüntülü və səsli mesajlar göndərmək mümkün olacaq
216520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.