"Turnirin Füzulidə keçirilməsinin əhəmiyyəti böyükdür" - Çingiz Hüseynzadə

"Turnirin Füzulidə keçirilməsinin əhəmiyyəti böyükdür" - Çingiz Hüseynzadə

Hazırda oxunan: "Turnirin Füzulidə keçirilməsinin əhəmiyyəti böyükdür" - Çingiz Hüseynzadə

216503

Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür.

Bizim.Media xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Füzulidə "Mingəçevir reqatası-2024”ün açılış mərasimində deyib.

Turnir barədə danışan qurum rəsmisi dörd il əvvəl bu gün şəhərin işğaldan azad olunduğunu xatırladıb:

"Əcnəbi qonaqların turniri izləməsi də xüsusi önəmə malikdir. "Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar.

Son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir. Daha əvvəl Suqovuşanda "Prezident Kuboku" turniri təşkil edilmişdi. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək".

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO