2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,9% artaraq 1 milyon 647,1 min nəfər olub.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,2 faiz, Gürcüstana gedənlərin sayı 14,3 faiz, Türkiyəyə gedənlərin sayı 12,2 faiz artmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının 42,1 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media