Bakıda birləşdiriləcək bələdiyyələrin SİYAHISI

Bakıda birləşdiriləcək bələdiyyələrin SİYAHISI

Hazırda oxunan: Bakıda birləşdiriləcək bələdiyyələrin SİYAHISI

216478

Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələrin siyahısı məlum olub.

Bizim.Media xəbər verir ki, bu haqda "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələr aşağıdakılardır:

1.1. Xəzər rayonu üzrə:

1.1.1. Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

1.2. Qaradağ rayonu üzrə:

1.2.1. Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

1.2.2. Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

1.3. Pirallahı rayonu üzrə:

1.3.1. Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

1.4. Səbail rayonu üzrə:

1.4.1. Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO