Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin EDİLİB

Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin EDİLİB

Hazırda oxunan: Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin EDİLİB

216461

Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır.

Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.

Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO