Müşfiqabadda polisə tabesizlik göstərən sürücü HƏBS OLUNDU - FOTO/VİDEO

Müşfiqabadda polisə tabesizlik göstərən sürücü HƏBS OLUNDU - FOTO/VİDEO

Hazırda oxunan: Müşfiqabadda polisə tabesizlik göstərən sürücü HƏBS OLUNDU - FOTO/VİDEO

216449

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postunda Seymur Salahovun idarə etdiyi “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib.

Lakin, S.Salahov məsuliyyətdən yayınmaq məqsədilə tabesizlik göstərərək hadisə yerini tərk edib.
 

Görülən tədbirlərlə S.Salahov saxlanılıb və onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Məhkəmənin qərarı ilə S.Salahov 2 ay müddətində inzibati qaydada həbs olunub.


Baş Dövlət Yol Polisi İdarəsi sərxoş vəziyyətdə sükan arxasında əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhdid edən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO