Polis Oğuzda əməliyyat keçirdi: 1 nəfər HƏBS EDİLDİ - FOTO

Polis Oğuzda əməliyyat keçirdi: 1 nəfər HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Polis Oğuzda əməliyyat keçirdi: 1 nəfər HƏBS EDİLDİ - FOTO

216438

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, ondan 1 kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO