5 manata görə avtobusda DAVA – “Boğacaqsız bizi?”

5 manata görə avtobusda DAVA – “Boğacaqsız bizi?”

Hazırda oxunan: 5 manata görə avtobusda DAVA – “Boğacaqsız bizi?”

21641

11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında dava düşüb. 

Bizim.Media əməkdaşının verdiyi məlumata görə qalmaqala səbəb avtobusda soyutma sisteminin (kondinsioner) işə salınmaması olub. Qadın sərnişinlərdən biri sürücüdən kondinsionerin işə salınmasını tələb edib. Digər sərnişinlər də bu tələbə dəstək veriblər.

Sürücü isə cavabında “işləmir” deyərək, hərəkətini davam etdirib. Sərnişinlər yenidən etiraz edərək, salondakı sıxlığı, maskanı və havanın olmadığını əsas gətiriblər:

“Sıxlıq və maskadan salonda dayanmaq olmur. İnsanlar tər-suyun içində bir-birinə yapışıb. Avtobusun dar şüşələrindən isə hava gəlmir. Neyləyək? 5 manatlıq yanacaq aparacaq deyə, boğacaqsız bizi? Niyə millətə əziyyət verirsiz?” deyə etirazlar gəlib. 

Sürücü isə şikayətlərə və tələblərə məhəl qoymayıb. Mübahisə böyüsə də, sürücü yenə cavab verməyib. Bu dəfə narazı sərnişin birbaşa Bakı Nəqliyyat Agentliyi ilə əlaqə yaradaraq, telefonu açıq şəkildə mikrafona qoyub. Avtobusda olan digər sərnişinlər də qurum rəsmisinə kondinsionerlə bağlı iradlarını bildiriblər. Agentlik rəsmisi sadəcə onunla əlaqə yaradan sərnişinin ad və soyadını öyrənərək, “baxılacaq” cavabını verib. Problem isə həll olunmayıb. Sərnişinlər avtobusda tər-suyun içində mənzilbaşına hərəkət ediblər. 

Qeyd edək ki, son vaxtlar havaların istiləşməsi ictimai nəqliyyatda soyutma sistemi ilə bağlı şikayətləri artırıb.

Bakı Nəqliyyat Agentliyi isə avtobuslarda kondisionerlərin əsasən yay mövsümündə işə salındığını əsas gətirərək absurd açıqlamalarla çıxış edirlər. 

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO