Bakının bu küçəsində mikromobillik zolağı yenidən təşkil olunur - VİDEO

Bakının bu küçəsində mikromobillik zolağı yenidən təşkil olunur - VİDEO

Hazırda oxunan: Bakının bu küçəsində mikromobillik zolağı yenidən təşkil olunur - VİDEO

216353

Paytaxtın Mirzəağa Əliyev küçəsində aparılan yenidənqurma işlərindən sonra asfalt örtüyü yenilənib.

Bizim.Media bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.

Bununla əlaqədar AYNA tərəfindən küçədə mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq.

Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası ilə bağlı da aiddiyəti üzrə müraciət edilib.

Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.

Qeyd edək ki, bu zolaq İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində təşkil edilmiş mikromobillik zolaqlarını Bülbül prospekti, Süleyman Ələsgərov küçəsi, Azadllıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki zolaqlarla əlaqələndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO