Plastik cərrahın uğursuz əməliyyatı iddiası ilə bağlı “Badam” klinikasından AÇIQLAMA

Plastik cərrahın uğursuz əməliyyatı iddiası ilə bağlı “Badam” klinikasından AÇIQLAMA

Hazırda oxunan: Plastik cərrahın uğursuz əməliyyatı iddiası ilə bağlı “Badam” klinikasından AÇIQLAMA

216265

Xəbər verildiyi kimi 14 oktyabr 2024-cü il tarixdə Badam Medical Centerin plastik həkim və cərrahı Səkinə Xudiyevanın növbəti uğursuz əməliyyatı ilə bağlı yazı dərc etmişdik.

Redaksiyamıza müraciət edən 42 yaşlı  Gülşən Ağasadıq qızı Əliyeva bədənşəkilləndirmə əməliyyatından 3 gün sonra yaranan fəsadlardan və 9 aydır ki, həkim müalicələrində qaldığından şikayətlınmişdi. Hətta bununla bağlı Nizami rayon prokurorluğuna da rəsmi müraciətlər etdiyini qeyd etmişdi. 

Məsələ ilə bağlı Badam Medical Centerdən yazımıza reaksiya bildirilib. Klinikanın açıqlamasında  “Plastik cərrahdan növbəti UĞURSUZ əməliyyat” başlıqlı yazıda Gülşən Əliyevanın iddialarının həqiqəti əks etdirmədiyi bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Plastik cərrahdan növbəti UĞURSUZ əməliyyat – “Soyundurun, görün, nə fəsad var?”


Klinikanın açıqlamasını olduğu kimi təqdim edirik:

“Yazıda haqqında bəhs edilən vətəndaş Gülşən Əliyeva 27 fevral 2024-cü ildə Tibb üzrə Fəlsəfə Doktoru, plastik cərrah Səkinə Xudiyeva tərəfindən liposaksiya, bədən korreksiyası (popo liftinq) və döşün dikləşdirilərək həcmləndirilməsi əməliyyatı edilib. Əməliyyatdan bir müddət sonra Gülşən Əliyeva anası ilə klinikaya gələrək estetik döş implantlarının böyük olmasından şikayətlənib və ödədiyi bütün ödənişin və çəkdiyi digər xərclərin (bunların içində müayinələrə gedib gələrkən yola xərclədiyi vəsait də var) geri qaytarılmasını tələb edib.

Bu zaman xəstəyə təklif olunub ki, ölkənin istənilən klinikasında müayinə edilsin, əgər təkrar əməliyyata ehtiyac varsa, bütün xərclər cərrah Səkinə Xudiyeva tərəfindən ödəniləcək. Lakin Gülşən Əliyeva və anası bununla razılaşmayıb.

Daha sonra, estetik döş implantının başqa bir adamın sinəsindən çıxarıldığını iddia edən Gülşən Əliyeva və onun anası dəfələrlə klinikaya gələrək cərrahı və klinikanı mətbuat və sosial şəbəkələrdə şantaj edəcəyi ilə hədələməklə səs-küy salıb, eləcə də klinika daxili asayişin pozulmasına səbəb olublar. Klinikadakı digər pasiyentlərin narazılıqlarından sonra polis dəvət olunub və onlar klinikadan uzaqlaşdırılıblar.

Vətəndaş Gülşən Əliyeva Səhiyyə Nazirliyinə və müvafiq dövlət qurumlarına əməliyyatla bağlı şikayət edib.

Lakin təyin edilmiş ekspertizaların rəyindən görünür ki, Gülşən Əliyevaya aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olub. Bununla da Gülşən Əliyevanın  dövlət orqanlarına etdiyi şikayətlərin tam əsassız olduğu aydın olur”, - deyə klinikanın açıqlamasında qeyd olunub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO