İmişlidə də maşın su kanalına düşdü, xəsarət alanlar var - FOTO

İmişlidə də maşın su kanalına düşdü, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: İmişlidə də maşın su kanalına düşdü, xəsarət alanlar var - FOTO

216195

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində İmişli şəhəri Məşədi Əzizbəyov və Qadir İsmayılzadə küçələrinin kəsişməsində qeydə alınıb. 

Hadisə zamanı Adəm Əzizalıyevin idarə etdiyi 90-ZZ-538 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını və Vüsal Abbasovun idarə etdiyi 77-BE-398 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil toqquşub, “Toyota” su kanalına düşüb.
 

Hadisə nəticəsində xəsarət alan hər iki sürücü və sərnişinlər Natiq Nəsirov, İsmayıl Abbasov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO