Naxçıvanda narkotik satışı ilə məşğul olan şəxs SAXLANILDI - FOTO/VİDEO

Naxçıvanda narkotik satışı ilə məşğul olan şəxs SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda narkotik satışı ilə məşğul olan şəxs SAXLANILDI - FOTO/VİDEO

216194

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin və Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sahil Əsədov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Bizim.Media xəbər verir ki, araşdırma zamanı S.Əsədovun İrandan qanunsuz olaraq müxtəlif yollarla əldə etdiyi narkotik vasitələrin satışını təşkil etdiyi məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO