Balakəndə şəhidin xatirə muzeyində yanğın oldu - FOTO-VİDEO

Balakəndə şəhidin xatirə muzeyində yanğın oldu - FOTO-VİDEO

Hazırda oxunan: Balakəndə şəhidin xatirə muzeyində yanğın oldu - FOTO-VİDEO

216071

Balakən rayonunun Kortala kəndində gecə saatlarında Vətən Müharibəsi şəhidi Əsgər Hüseynovun xatirəsinə inşa edilən yardımçı tikilidə yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin valideynləri Müslümat və Vaqif Hüseynovlar həyətlərində şəhidin xatirəsinə ayrıca xatirə muzeyinin təşkili üçün ev tikibmiş. Yanğın da oradan başlayıb. Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə şəkil çıxarılıb.

Yanğın sonradan yaxınlıqdakı mal tövləsinə də keçib.

Əraziyə FHN-in Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.













Tural Rasim oğlu. Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO