Jurnalist Yaqub Əlioğlu VƏFAT ETDİ

Jurnalist Yaqub Əlioğlu VƏFAT ETDİ

Hazırda oxunan: Jurnalist Yaqub Əlioğlu VƏFAT ETDİ

216054

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış teatrşünas Yaqub Əlioğlu vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-a mərhumun dostları məlumat veriblər.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir.
 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub Əlioğlu "Qızıl qələm", "Qızıl dərviş" və "Nailiyyət" mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb.


Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın "Qızıl fond"una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO