Balakəndə şəhidin oxuduğu məktəbdə xatirə löhvəsinin açılışı oldu - FOTO

Balakəndə şəhidin oxuduğu məktəbdə xatirə löhvəsinin açılışı oldu - FOTO

Hazırda oxunan: Balakəndə şəhidin oxuduğu məktəbdə xatirə löhvəsinin açılışı oldu - FOTO

216042

Balakən rayon Şərif 1 nömrəli tam orta məktəbdə şəhid məzun Nəcməddin Sarkayevin anadan olmasının ildönümünə həsr olunmuş "Xalqın qəlbində əbədi yaşayanlar" adlı tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Daha sonra məktəbin şəhid məzunlarınının xatirəsinə həsr olunmuş şəhid məlumat lövhəsi kompleksinin açılışı həyata keçirilib.


Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqlardan, şanlı qələbəmizin tarixi əhəmiyyətindən bəhs ediblər.

Çıxış edənlər həmçinin şəhid Nəcməddin Sarkayevlə, eləcə də digər şəhidlərimizlə bağlı öz xatirələrini bölüşüblər.

Tədbir şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda şəhid ailələrinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO