Qonşusunu öldürən şəxsin işi məhkəməyə göndərildi – Prokurorluqdan açıqlama

Qonşusunu öldürən şəxsin işi məhkəməyə göndərildi – Prokurorluqdan açıqlama

Hazırda oxunan: Qonşusunu öldürən şəxsin işi məhkəməyə göndərildi – Prokurorluqdan açıqlama

21585

10.12.2020-ci il tarixdə Sabirabad rayon sakini Sakit Nuruşovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparııb.

Sabirabad rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu İftixar Muradov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atasının gözləri qarşısında çoxsaylı xəsarətlər yetirərək Sakit Nuruşovu qəsdən öldürüb.

İftixar Muradov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO