Qəbələdə 9 yaşlı uşağı maşın vuraraq öldürüb

Qəbələdə 9 yaşlı uşağı maşın vuraraq öldürüb

Hazırda oxunan: Qəbələdə 9 yaşlı uşağı maşın vuraraq öldürüb

215753

Qəbələdə dördüncü sinif şagirdini maşın vurub. Yol-nəqliyyat hadisəsi məktəblilər dərsdən evə dönərkən baş verib.

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, qəza hadisəsi  Ağdaş-Qəbələ avtomobil yolunun rayonun Aydınqışlaq kəndi ərazisində keçən hissəsində baş verib. 

Belə ki, rayon sakini Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 9 yaşlı Hikmət İsmayılovu vurub.

Azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO