Ordumuzun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - VİDEO

Ordumuzun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - VİDEO

Hazırda oxunan: Ordumuzun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - VİDEO

215629

Azərbaycan Ordusu Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-ci ilin hazırlıq planına uyğun olaraq, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO