Bu gün onların GÜNÜDÜR– Ölkəmizdə qızların həyatında nələri müşahidə EDİRİK?

Bu gün onların GÜNÜDÜR– Ölkəmizdə qızların həyatında nələri müşahidə EDİRİK?

Hazırda oxunan: Bu gün onların GÜNÜDÜR– Ölkəmizdə qızların həyatında nələri müşahidə EDİRİK?

215574

Bu gün Beynəlxalq Qızlar Günüdür. Beynəlxalq Qızlar Günü BMT tərəfindən 2012-ci ildə elan edilib. Bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına diqqəti cəlb etməkdir. 

Çox təəssüf ki, bu gün cəmiyyətimizdə qızlara münasibət birmənalı deyil. Erkən ərə vermək, təhsildən yayındırma və hətta işə qoymamaq kimi qadağalar qızlarımızın həyatına tez-tez edilən müdaxilələrdəndir. Ən pisi də odur ki, Azərbaycan selektiv abortların sayına görə dünyada liderdir. Bu da o deməkdir ki, cəmiyyətimizdə qızlara və qadınlar diqqət və qayğı yetərincə deyil.

Halbuki həm islam dinində, həm də türkçülük tariximizdə qızlara hər zaman böyük ehtiram və hörmət olub. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa deyib ki, tükçülükdə qadına və qıza hər zaman böyük hörmət olub:

“Azərbaycan Konstitusiyasında da qadınlara və qızlar böyük hüquqalar tanınıb. Kişilərlə qadınlar qanun qarşısında eyni hüquqa sahibdirlər. Amma cəmiyyətimizdə qızlarla bağlı narahatedici məqamlar var.

Hələ də qızların erkən ərə verilməsi, təhsildən yayındırılması və ən əsası da selektiv abortla bağlı məsələlər cəmiyyətimizin gündəmində qalır. 

Düşünürəm ki, biz ilk növbədə qızların təhsil məsələsini və selektiv abortun qarşısını almaq yollarını diqqətdə saxlamalıyıq. Elə etməliyik ki, qızların hüquqlarını pozmaq belə asanlıqla başa gəlməsin. Bunun üçün cəmiyyətimizdə bu məsələyə həssaslıq artırılmalıdır. Əks halda biz gələcəkdə savadlı, yetkin ana problemi ilə üz-üzə qalacağıq. 

Bu da ailə sütununun dağılmasına, deformasiyasına gətirib çıxaracaq. Hesab edirəm ki, Qızlar Gününün qeyd edilməsi həm də qızlarımızın hüquqlarının daha təkmil şəkildə qorunmasını gündəmə gətirir. Onlara qarşı olan diskriminasiyanın aradan qaldırılması üçün belə günlərin qeyd edilməsi vacibdir.  

Dini və mental dəyərlər əsasən qızlara qarşı arzuolunmaz hərəkətlər törədilir. Biz buna qarşı daha qətiyyətli olmalıyıq. Sağlam, savadlı ana obrazının yaradılması üçün bütün səylərimizi birləşdirməliyik. Əks-halda bir cəmiyyət olaraq çox ciddi sıxıntılar çəkəcəyik”. 

Bəs islamda qızlara münasibət necədir?

İlahiyyatçı Tural İrfan deyib ki, islam dininin Ərəbistan ərazisindən yayılmasının bir çox səbəbi, hikməti var:

“Yer üzünə peyğəmbər gəlməsini zəruri edən nüanslardan biri də dünyada fəsadın, ağır günahların çoxalması, həddini aşmasıdır. Sonuncu peyğəmbər Həzrət Məhəmmədin gəldiyi zaman kafir ərəblərin çirkin əməllərindən biri də yeni doğulmuş, yaxud bir qədər böyümüş qız uşaqlarını diri-diri torpağa basdırmaq idi. Onlar abort edə bilmədikləri üçün uşaqları bu cür öldürürdülər. Qurani-Kərimin ilk qadağan etdiyi cinayət və böyük günahlardan biri də bu əməl oldu. 

Allah-təala "Təkvir" surəsində torpağa basdırılan qız uşaqlarının hansı günaha görə öldürüldüyünün hesabını soruşacağı deyilir. Qiyamət günü o işi edənlərin əbədi cəhənnəmə düşəcəkləri vurğulanır. Hətta məndəki məlumata görə, bu uşaqbasdırma adəti təkcə Ərəbistanda yox, digər yerlərdə də, hətta ölkəmizin də bəzi bölgələrində olub. Qıtlıq, kasıblıq, aclıq qorxusu ilə qışda, ağır şəraitdə doğulmuş qız uşaqlarını basdırıblar. Hətta İslam dini nazil olduqdan sonra da bu işi təkrar edənlər olub”.

Müsahibimiz onu da əlavə edib ki, Quranda Allah insanı cüt yaratdığını deyir və qadına da kişi qədər hüquq verir:

“İslam dinində abortun bütün növləri haram və cinayət sayılır. İnsanı qətl etmək hesab olunur. Ancaq bir heçə xüsusi zərurət halından başqa. Əgər hamilənin həyatına təhlükə olarsa, bu zaman abort etmək olar. Qalan bütün hallarda abort icazəli deyil.

Əsasən qız uşaqlarını ana bətnində məhv etmək, daha doğrusu genosid həyata keçirmək əvvəlcə Allaha üsyandır. Bunun cəzası və günahı çox ağırdır. Allah qadın və kişini balanslı şəkildə xəlq edir ki, cütlüklərin nizamı pozulmasın. Buna o qərar verir. Belə abortları həyata keçirən mütəxəssislər, həkimlər əslində onu etdirənlərdən daha ağır məsuliyyət daşıyırlar. Qətlin sifarişçisi hamilə olandırsa, icraçısı da həmin həkimdir. 
 

Elə bir qanun qəbul edilməlidir ki, zərurət olmadan qanunsuz abort icra edən şəxslərə qarşı cinayət işi açılsın və həbs olunsunlar. Çünki qatil qatildir. Fərq etməz onun öldürdüyü uşaq 5 yaşındadır yaxud 5 aylıqdır. Nəticədə insan qanı töküb. Özü də necə? Uşağı ana qarnında tikə-tikə doğrayaraq.


Qız uşaqlarınına diqqət və qayğını Peyğəmbər belə ifadə etmişdir: 3 qız uşağını böyüdüb ərsəyə çatdırıb tərbiyə verən ata Cənnətlikdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO