Ötən ilin 29 sentyabrında saat 23 radələrində Pirşağıda 44 yaşlı Raqif Abbasovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törətmiş 2001-ci il təvəllüdlü sürücü Elgün Kərimova hökm oxunub.
O, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, Elgün Kərimov fərdi qaydada əmlak alqı-satqısı ilə (“makler” fəaliyyəti) məşğul olurmuş. Sentyabrın 29-da onun ad günü imiş və atası Elçinlə, eləcə də bir neçə digər “makler” dostları ilə Pirşağıdakı məşhur restoranlardan birinə gəliblər. Elgün restorana hadisədən bir gün əvvəl icarəyə götürdüyü “Range Rover Sport” markalı avtomobillə gəlib. Onlar ad günü mərasimində yeyib-içiblər və Elgün gecə saatlarında avtomobilə minərək getmək istəyərkən icarəyə götürdüyü nəqliyyat vasitəsilə 44 yaşlı kişini vurub. Onun atası və digər şəxslər yaralını xəstəxanaya aparsa da, Elgün hadisə yerindən uzaqlaşıb. Yaralı şəxsin isə həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində bildirib ki, zərərçəkmiş tərəfə maddi zərərə görə 18 min manata yaxın ödəniş ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib. Cəzanın başa çatmasından sonra Elgün Kərimovun sürücülük hüququ 3 il 6 ay müddətə məhdudlaşdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 10.10.2024
“Range Rover”lə qəza törədən gənc öz ad günü məclisindən çıxıbmış - TƏFƏRRÜAT
Hazırda oxunan: “Range Rover”lə qəza törədən gənc öz ad günü məclisindən çıxıbmış - TƏFƏRRÜAT
Hazırda oxunan: “Range Rover”lə qəza törədən gənc öz ad günü məclisindən çıxıbmış - TƏFƏRRÜAT
215453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.