Dəmiryol vağzalının şüşəsini sındıran şəxs HƏBS EDİLDİ

Dəmiryol vağzalının şüşəsini sındıran şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Dəmiryol vağzalının şüşəsini sındıran şəxs HƏBS EDİLDİ

215325

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Gəncə Dəmiryol Vağzalının gözləmə zalının şüşəsini sındıran şəxs həbs edilib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Mehman C. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Mehman 10 bakal pivə içərək, dəmiryol vağzalına gedib və siqaretlə gözləmə zalına daxil olub. Vağzalda zal gözətçisi işləyən şəxs ona öz iradını bildirdiyinə görə təqsirləndirilən şəxs əsəbi halda gözləmə zalının şüşəsini təpiklə vuraraq sındırıb. O, hadisəni törətdiyinə görə peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Mehman C. 20 gün müddətinə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO