Xəbər verildiyi kimi, Bakının Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumatda bildirildi ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir.
Bəs 144 nömrəli avtobusun hərəkət məsafəsi uzadılıbsa, qiymətində necə dəyişiklik oldu?
Məsələylə bağlı AYNA-dan Bizim.Media-ya verilən açıqlamada qeyd edilir ki, dəyişiklikdən əvvəl avtobuslar Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna kimi fəaliyyət göstərdiyindən dövr uzunluğunun yarısı 11 km təşkil edirdi. Hərəkət marşrutunun uzadılmasından sonra dövr uzunluğunun yarısı 25 km təşkil edir.
Məsafənin 14 km artmasından sonra qiymət nə qədər dəyişdi?
“Ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun tarixində qəbul edilən qərara əsasən, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında məsafəyə görə dövrün uzunluğunun yarısı 15 kilometrdən azdırsa, gediş haqqı 50 qəpik, 15 km-dən 30 km-dək gediş haqqı 60 qəpik təşkil edir. 144 nömrəli marşrut avtobusunda gediş haqqı 60 qəpik müəyyən edilib”- deyə agentlikdən bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 09.10.2024
144 nömrəli avtobusda gedişhaqqı ARTIRILIB? - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: 144 nömrəli avtobusda gedişhaqqı ARTIRILIB? - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: 144 nömrəli avtobusda gedişhaqqı ARTIRILIB? - Rəsmi AÇIQLAMA
215323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.