Əhməd Əhmədovun məhkəməsi BAŞLADI

Əhməd Əhmədovun məhkəməsi BAŞLADI

Hazırda oxunan: Əhməd Əhmədovun məhkəməsi BAŞLADI

215144

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb.
 

Xatırladaq ki, Ə.Əhmədovun sentyabrın 10-da keçirilməsi nəzərdə tutulan məhkəmə iclası təxirə salınmışdı.


Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir. 

Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO