Nazir yeni qanundan danışdı: Hədəf bu deyil...

Nazir yeni qanundan danışdı: Hədəf bu deyil...

Hazırda oxunan: Nazir yeni qanundan danışdı: Hədəf bu deyil...

215066

"Elektroenergetika haqqında" yeni qanun layihəsi ilə bağlı millət vəkillərini ən çox narahat edən məsələ tariflərdir. Amma mən təkrar bildirirəm ki, qanun tariflərin artırılmasını hədəfləmir.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası zamanı "Elektroenergetika haqqında" qanun layihəsinin üçüncü oxunuşu zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

 

Onun sözlərinə görə, dövlət özü qərar verəcək ki, tarif necə olmalıdır.

 

Nazir deyib ki, qanunla bağlı nəticələr 5 il sonra özünü göstərəcək:

 

"Hesablayırıq ki, 5 ildən sonra bazar əlamətləri özünü büruzə verəcək. O şəraitdə investisiya tapa bilsələr, gələcəklər. Bu imkan onlar üçün olacaq. İnkişaf etməkdən ötrü biz gərək qanunvericiliyi təkmilləşdirək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO