Şəkidə qəza baş verib, qadın sürücü xəsarət alıb

Şəkidə qəza baş verib, qadın sürücü xəsarət alıb

Hazırda oxunan: Şəkidə qəza baş verib, qadın sürücü xəsarət alıb

215000

Şəkidə sərt döngədə avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Qaraməryəm- İsmayıllı-Şəki magistralının Şəkinin Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Paytaxt sakini, 27 yaşlı Leyla Məmmədlinin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun solundakı beton maneəyə dəyib.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan qadın sürücü hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO