Fazil Mustafaya qarşı sui-qəsd törədənlərin vəsatəti TƏMİN EDİLMƏDİ

Fazil Mustafaya qarşı sui-qəsd törədənlərin vəsatəti TƏMİN EDİLMƏDİ

Hazırda oxunan: Fazil Mustafaya qarşı sui-qəsd törədənlərin vəsatəti TƏMİN EDİLMƏDİ

214985

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə müşavirə edib.

Müşavirədən sonra vəsatətlərin təmin edilmədiyi açıqlanıb. Baxış iclası oktyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO