İtləri buruntaqsız gəzdirənlər – Onları hansı cəza GÖZLƏYİR?

İtləri buruntaqsız gəzdirənlər – Onları hansı cəza GÖZLƏYİR?

Hazırda oxunan: İtləri buruntaqsız gəzdirənlər – Onları hansı cəza GÖZLƏYİR?

214961

Tez-tez parklarda, küçələrdə, bir sözlə ictimai yerlərdə itlərini  gəzdirən vətəndaşları görürük. Bu itlərin arasında iri cins itlər də olur və vətəndaşların bir çoxu həmin itləri buruntaq olmadan gəzdirirlər. Ancaq bu, qayda pozuntusudur. Çünki qanunvericiliyə əsasən, itləri kiçik cilovda, iri itləri isə cilovda və buruntaqda gəzdirmək lazımdır. Ancaq hər kəs buna riayət etmir və bu sadəcə insanlar üçün yox, digər heyvanlar üçün də təhlükə yaradır. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan baytar Süliddin Ələkbərov bildirib ki, itlər gəzdirilən zaman “namornik” (buruntaq) taxılmağı vacibdir. Bu, həm də heyvanların dalaşıb bir-birilərinə, həmçinin, insanlara da xəsarət yetirməsinin qarşısını alır”. 

İri cins itləri buruntaqsız gəzdirənləri hansı cəzalar gözləyir?

Hüquqşünas Aytac Qurbanova isə məsələnin hüquqi tərəflərindən danışıb. O, qeyd edib ki, qanunvericiliyə görə, bu qaydalara əməl etməyən şəxslərə qarşı ciddi cəzalar tətbiq edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, belə hallarda 200 manat cərimə tətbiq olunur. Eyni pozuntu təkrar baş verərsə, cərimə 300 manata qədər artırılır.

Buruntaqsız gəzən it kiməsə xəsarət yetirərsə, bu zaman hansı hüquqi tədbirlər görülür?

Aytac Qurbanova bildirib ki, əgər qayda pozuntusu nəticəsində bir şəxs zərər çəkərsə, it sahibi 1000 manat məbləğində cərimə ilə cəzalandırılır:

“Qanunvericilik bu cəzanı tətbiq etməklə it sahiblərinin məsuliyyətini artırmağı və ictimai asayişin qorunmasını hədəfləyir. İt sahiblərinin bu qaydalara riayət eməməsi ciddi məsuliyyətə səbəb olur və cərimələr tətbiq edilir. Qaydalara əməl etməyin əsas məqsədi yalnız  qanunauyğun hərəkət etmək deyil, həm də ətraf mühitdəki insanların təhlükəsizliyini təmin etməkdir”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO