Mayis Bərxudarov: “Heç bir məyusluğum yoxdur”

Mayis Bərxudarov: “Heç bir məyusluğum yoxdur”

Hazırda oxunan: Mayis Bərxudarov: “Heç bir məyusluğum yoxdur”

214924

Xəbər verdiyimiz kimi,  İkinci ordu korpusunun  komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

44 Günlük Vətən Müharibəsindəki qalibiyyətimizin əsas simalarından biri olan Mayis Bərxudarovun “vurulması” mediada şərti olaraq “Beyləqan İşi” adlandırılan faciəvi olayla əlaqələndirilib.

Belə ki, bu işlə bağlı Bakı Apellyasiya Məhkəməsindəki proseslərdə həm həbs edilənlər, həm də zərərçəkən kimi tanınanlar işgəncə göstərişlərində generalın adını hallandırıb.

Bizim.Media xəbər verir ki, “Gununsesi.info” Mais Bərxudarovla əlaqə saxlayaraq, onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Mayis Bərxudarov komandan vəzifəsindən azad olundu - FOTO


Hazırda sərəncamda olduğunu deyən Mais Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib:

“Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi” sualına gəlincə, general-leytenant belə deyib:

“Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO