Toy karvanlarında iştirak edən sürücülərə MÜRACİƏT

Toy karvanlarında iştirak edən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Toy karvanlarında iştirak edən sürücülərə MÜRACİƏT

214901

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi toy karvanlarında qayda pozan sürücülərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

“Qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar.

Müşahidələr göstərir ki, “toy karvanları"nda olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.
 

Eyni zamanda bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar.


DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları"nda iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO