Gədəbəydə qaz sızması zamanı partlayış olub. Nəticədə 28 yaşlı qadın ağır xəsarətlər alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1996-cı il təvəllüdlü A.Cəfərova vanna otağında olarkən qaz sızması nəticəsində partlayış olub və o, müxtəlif dərəcəli ağır yanıq xəsarətləri ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralarının ağırlıq dərəcəsi nəzərə alındığından zərərçəkən sonradan Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərlib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu