Qəbul imtahanlarında iştirak haqqı arta bilər - Tarif Şurasına təklif göndərilib

Qəbul imtahanlarında iştirak haqqı arta bilər - Tarif Şurasına təklif göndərilib

Hazırda oxunan: Qəbul imtahanlarında iştirak haqqı arta bilər - Tarif Şurasına təklif göndərilib

21477

“Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının xidmət haqqı artırıla bilər. Yəni hal-hazırda imtahanda iştirak üçün 40 manat xidmət haqqı tələb olunur ki, bu məbləğ artıq xərcləri ödəmir. 

Pandemiya dövründə imtahanların keçirilməsi xərcləri artırır. Çünki indi əvvəlkindən 2 dəfə çox imtahan binası istifadə olunur və yenə də eyni sayda çox imtahan nəzarətçisi, imtahan rəhbəri və texniki işçilər cəlb olunur”.

Bizim.Media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda buraxılış imtahanlarının nəticələri açıqlandı


“Digər tərəfdən isə yoxlama tələb edən test tapşırıqlarının sayı 5 il əvvəllə müqayisədə çoxalıb ki, bu da yoxlayıcı markerlərə verilən vəsaiti artırıb."

"Düşünürəm ki, yaxın günlərdə Tarif Şurası DİM-in keçirdiyi imtahanların xidmət haqqını artıracaq. Ondan sonra isə elektron ərizə qəbulu başlayacaq və imtahan vaxtları müəyyən olunacaq”.

Kamran Əsədov həmçinin hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilə bilər və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən şəxslərə müsabiqədənkənar qəbul olmaq hüququnun verilməsi məsələsi gündəmdədir: 

“Hazırda beynəlxalq yarışlarda qalib olan şəxslər müsabiqədənkənar qəbul olunmaq hüququna malikdir. Nəzərə alsaq ki, bizim igidlər ən böyük yarışın qalibdir, bu da onlara üstünlük verə bilər." 

"Əlbəttə ki, bütün ixtisaslar üzrə yox, misal üçün, bədən tərbiyəsi, çağırışaqədərki hazırlıq kimi ixtisaslara qəbul onlar üçün birbaşa edilə bilər”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO