Lənkəranda ağır qəza: 1 ölü, 4 yaralı var - FOTO

Lənkəranda ağır qəza: 1 ölü, 4 yaralı var - FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: 1 ölü, 4 yaralı var - FOTO

214753

Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində avtomobil qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə  yol kənarındakı elektrik dirəklərinə çirpılıb.

Avtomobil daha sonra qaz xəttinə, sonda  həyət hasarına deyib. Nəticədə avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən ölüb.

4 nəfər - 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

 


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO