Binədə 7 evdən 27 min manat oğurlayan şəxs SAXLANILDI - FOTO

Binədə 7 evdən 27 min manat oğurlayan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Binədə 7 evdən 27 min manat oğurlayan şəxs SAXLANILDI - FOTO

214693

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib.

T.Səlimovun oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satdığı məlum olub.

Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO