Güclü geomaqnit qasırğası OLACAQ - FOTO

Güclü geomaqnit qasırğası OLACAQ - FOTO

Hazırda oxunan: Güclü geomaqnit qasırğası OLACAQ - FOTO

214540

Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır.

Bu gün 4 oktyabr gündüz saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq.

5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3(güclü) səviyyədə baş verəcək. 6 oktyabrdan etibarən geomaqnit qasırğasınln zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO