Yol polisindən Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı XƏBƏRDARLIQ

Yol polisindən Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Yol polisindən Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı XƏBƏRDARLIQ

214528

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, məlumatda deyilir: 
 

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək. 


Baş Dövlət Yol Polisi İdarəsi göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO