Rusiyada müstəntiqlər araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevə xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürüblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, keçmiş vəkilin işi üzrə üç şahid dindirilib.
"Elman Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin (xüsusilə külli miqdarda dələduzluq) törədilməsində ittiham olunub. Öz növbəsində keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib", - deyə məlumatda qeyd olunub.
Mənbə ki, təqsirləndirilən şəxsə qarşı cinayət işinin istintaqı çərçivəsində sübutların toplanması prosesi davam edir.
Qeyd edək ki, E.Paşayev sentyabrın 18-də hərbi müstəntiqlər tərəfindən saxlanılıb. O, 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:46 / 04.10.2024
Elman Paşayevə dələduzluq ittihamı İRƏLİ SÜRÜLDÜ
Hazırda oxunan: Elman Paşayevə dələduzluq ittihamı İRƏLİ SÜRÜLDÜ
Hazırda oxunan: Elman Paşayevə dələduzluq ittihamı İRƏLİ SÜRÜLDÜ
214504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.