Gədəbəydə 29 yaşlı kişi həmkəndlisini BIÇAQLADI

Gədəbəydə 29 yaşlı kişi həmkəndlisini BIÇAQLADI

Hazırda oxunan: Gədəbəydə 29 yaşlı kişi həmkəndlisini BIÇAQLADI

214462

Gədəbəydə 45 yaşlı kişi bıçaqlamaqda şübhəli bilinən şəxs kişi saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Arıqıran kəndində baş verib. 

Kənd sakini, 1979-cu il təvəllüdlü A.Nuhov bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Gədəbəy  Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Ona ilkin yardım edildikdən sonra Gəncədə yerləşən özəl klinikalardan birinə aparılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun bildirdiyinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşların keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1995-ci il təvəllüdlü Zöhrab Məmmədov saxlanılıb. 

Faktla bağlı  araşdırmalar aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO