Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLİR

Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLİR

Hazırda oxunan: Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLİR

214388

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bizim.Media Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək.

Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO