Ərini baltalayan qadının cəzası AZALDILDI

Ərini baltalayan qadının cəzası AZALDILDI

Hazırda oxunan: Ərini baltalayan qadının cəzası AZALDILDI

214198

Ərinə balta xəsarət yetirərək öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cəzası azaldılıb.

Bu barədə Bizim.Media-ya onun vəkili Altay Mirzəyev məlumat verib.

Belə ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılaraq cəzası 9 ildən 7 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun hökmünə əsasən, L.İmaşova qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında dərhal həhs edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü L.İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovanı balta ilə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi ittiham elan olunub.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO