Fərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır”

Fərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır”

Hazırda oxunan: Fərid Şahbazlı: “Makron Ermənistanı dəstəkləmək yolu ilə Cənubi Qafqazda öz siyasi mövcudluğunu təmin etməyə çalışır”

213875

“Fransa Ermənistanla çiyin-çiyinə dayanır”.

Fransa prezidenti Makron bu sözləri BMT Baş Assambleyasında çıxışı zamanı söyləyib. Makron qeyd edib ki, Fransa Azərbaycanın təzyiqləri və ərazi tələbi gərginliyi qarşısında Ermənistanla çiyin-çiyinə dayanır, beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün orada olmalıdır. Görünən odur ki, Fransa Cənubi Qafqazda da müstəmləkəçilik siyasəti yürütmək niyyətindədir…

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı açıqlamasında bildirib ki, Fransa bir müddətdir ki, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyindədir.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük vətən müharibəsində başlayan Fransanın düşmənçilik mövqeyi müharibədən sonra daha da kəskinləşib. Yəni bu gün Fransanın Ermənistandan artıq ermənilik etməyə davam edir.

Fərid Şahbazlı qeyd edib ki, dünyada beynəlxalq münasibətlər sistemində öz gücünü və nüfuzunu itirən, Avropanın siyasi palitrasında rolu hər ötən gün azalan Makron Fransası, indi Cənubi Qafqazda prosesləri qarışdırmaq və Ermənistanı dəstəkləmək yolu ilə öz siyasi mövcudluğunu göstərməyə çalışır.

Şərhçinin sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasəti, Azərbaycanın yalnız öz milli maraqlarına xidmət edən siyasi xətti şübhəsiz ki, Fransa kimi müstəmləkəçi ölkələri ciddi şəkildə narahat edir:

“Beynəlxalq münasibətlər sistemində rolunu itirən Fransa, öz məntiqi ilə Cənubi Qafqazda nisbətən ərazicə kiçik dövlətlər üzərindən öz varlığını nümayiş etdirmək niyyətindədir”.
 

Ekspertin fikrincə, Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etməsi, Fransa daxil olmaqla, bir sıra güclərin illərdir edə bilmədiyini və etmək istəmədiyini məhz özünün reallaşdırması Makronu ciddi narahat edir.


“İşğala, terrorçuluğa verilən dəstəyin də kökündə dolayısı ilə Ermənistana verilən hərbi və siyasi dəstək dayanır. Ölkə başçısı son çıxışında da açıq şəkildə qeyd etdi ki, Fransa başda olmaqla bir sıra ölkələrin, Ermənistanın işğalını motivasiya edən addımlar atması və Ermənistana hərbi-siyasi formatda aktiv dəstək göstərməsi Azərbaycanı qorxutmur, əksinə Azərbaycanı daha güclü və daha ayıq-sayıq olmağa sövq edir”- deyən Fərid Şahbazlı bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi mövcud mərhələdə də Fransanın Azərbaycanda və regionda münaqişəni alovlandırmaq, Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək cəhdləri heç bir nəticə verməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO