Biləsuvarda avtomobil aşdı: Ana və oğul xəsarət aldı

Biləsuvarda avtomobil aşdı: Ana və oğul xəsarət aldı

Hazırda oxunan: Biləsuvarda avtomobil aşdı: Ana və oğul xəsarət aldı

213728

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində 1995-ci il təvəllüdlü Kənan İslamov və onun anası, 1974-cü il təvəllüdlü Gülnarə İslamova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 


Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO