Marşrut xəttinin ləğv edilməsi sakinlərin işini çətinləşdirib.
Bizim.Media xəbər verir ki, söhbət Abşeronun Novxanı kəndindən gedir.
Sakinlərin sözlərinə görə, Novxanıdan keçən, Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 saylı marşrut ləğv edilib. Bu vəziyyət isə sakinlərin işini çətinləşdirib. İndi onlar Binəqədiyə getmək üçün 2 avtobus dəyişməli olurlar.
Kənd sakinləri deyirlər ki, hazırda xəttə 123 nömrəli marşrut üzrə avtobusşlar buraxılsa da, o, lazım olan ərazilərdən keçmir. Həmçinin, sözügedən avtobuslar xırdatutumlu olduğu üçün sərnişin sıxlığı yaranır.
Kənd camaatının çoxu Binəqədidə çalışdığı üçün əvvəlki marşrutun ləğv edilməsi onların həm vaxtını həm də əlavə pulunu alır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, deyilənlərin əksinə, sakinlərin rahatlığı üçün marşrutların hərəkət sxemləri dəyişdirilib.
Qeyd edilib ki, səfər müddətində əlavə vaxt itkisinin aradan qaldırılması və sərnişinlərin Sumqayıta, eləcə də Novxanı və Corata rahat, sürətli daşınmasının təmin edilməsi üçün 123 nömrəli müntəzəm marşrutun hərəkət sxemi Binəqədi qəsəbəsinin mərkəzinə daxil olmadan təşkil edilib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:43 / 28.09.2024
Novxanı sakinləri yeni marşrut xəttindən NARAZIDIR: “Lazım olan ərazilərdən keçmir” - VİDEO
Hazırda oxunan: Novxanı sakinləri yeni marşrut xəttindən NARAZIDIR: “Lazım olan ərazilərdən keçmir” - VİDEO
Hazırda oxunan: Novxanı sakinləri yeni marşrut xəttindən NARAZIDIR: “Lazım olan ərazilərdən keçmir” - VİDEO
213621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.