Cəlilabadlı sürücü tragikomik hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, özünə məxsus olmayan 14 avtomobilin cəriməsi gəlib.
Sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasını da təsadüfən öyrənib.
Cəlilabadın Təzəkənd kənd sakini Vüqar Nəzərov deyir ki, təsadüfən sürücülük vəsiqəsini yoxlatdıranda öyrənib ki, sürücülük hüququndan məhrum edilib. Cərimələrin çoxluğundan vəsiqəsinə 6 aylıq məhdudiyyət qoyulub.
Vüqar Nəzərovun sözlərinə görə, sonuncu dəfə 10 il əvvəl adında avtomobil olub. 4 ay əvvələ kimi isə Bakıda müxtəlif avtomobillərdə taksi sürücüsü işləyib. Son 4 ayda da yük maşını idarə edib.
Məhdudiyyətə səbəb olan avtomobilləri isə nə idarə edib, nədə ki, görüb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Vüqar Nəzərov həmin avtomobilləri idarə edən sürücülərlə birlikdə quruma müraciət etməlidir. Müraciətdən sonra məhdudiyyət aradan qaldırıla bilər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:50 / 28.09.2024
Cəlilabadda tragikomik HADİSƏ: Adına başqa 14 avtomobilin cəriməsi gəldi - VİDEO
Hazırda oxunan: Cəlilabadda tragikomik HADİSƏ: Adına başqa 14 avtomobilin cəriməsi gəldi - VİDEO
Hazırda oxunan: Cəlilabadda tragikomik HADİSƏ: Adına başqa 14 avtomobilin cəriməsi gəldi - VİDEO
213615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.