“Regal Residence” tərəfindən səkilərin ələ keçirilməsinin qarşısı alındı - RƏSMİ/FOTO

“Regal Residence” tərəfindən səkilərin ələ keçirilməsinin qarşısı alındı - RƏSMİ/FOTO

Hazırda oxunan: “Regal Residence” tərəfindən səkilərin ələ keçirilməsinin qarşısı alındı - RƏSMİ/FOTO

213582

Sosial şəbəkələrdə paytaxtın Nəsibbəy Yusifbəyli küçəsidə “Regal Residence” tərəfindən səkilərin zəbt olunmasına dair məlumatlar yayılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Bildirilib ki, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli, 25 ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.

Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə razılaşdırılmadan salınan parklanma faktının qarşısı alınıb, görülən işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.

Habelə ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına məlumat verilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO