Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Agentliyin sədri (indiki halda Zaur Mikayılov) dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:23 / 28.09.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişiklik EDİLDİ
Hazırda oxunan: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişiklik EDİLDİ
Hazırda oxunan: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişiklik EDİLDİ
213566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.