Göygöldə DƏHŞƏT: Atalığı 2 yaşlı uşağı döyüb yandırdı - FOTO

Göygöldə DƏHŞƏT: Atalığı 2 yaşlı uşağı döyüb yandırdı - FOTO

Hazırda oxunan: Göygöldə DƏHŞƏT: Atalığı 2 yaşlı uşağı döyüb yandırdı - FOTO

213417

Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur. 

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. 
 

“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib.


Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, - açıqlamada vurğulanıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO